RU

Stres beynimizi necə məhv edir? -Həkimdən məsləhətlər

İnsanlar müntəzəm olaraq stres kimi arzuolunmaz halla qarşılaşırlar. Bu, əslində bədənin onu təhdid edən və ya narahat edən amillərə tamamilə normal reaksiyasıdır. Lakin stres xroniki hal alarsa, bu, orqanizmin, o cümlədən beyinin fəaliyyətində ciddi dəyişikliklərə səbəb ola bilər. SM-Clinic-in məşhur nevroloqu Olqa Zinçeva xroniki stresin beyinə necə təsir etməsi barədə "Gazeta"ya maraqlı açıqlamalar verib.

"İnsan təhlükə ilə üzləşdikdə və ya çətin vəziyyətə düşdükdə onun beyni hipotalamus vasitəsilə adrenalin və kortizol istehsal etməyə başlayır. Bunun fonunda nəbz sürətlənir və qanda oksigen miqdarı artır. Beləliklə, beyin daha sürətli işləməyə başlayır. Deyə bilərik ki, belə bir "sarsıntı" insana əslində təhlükəli və ya çətin bir işin öhdəsindən tez gəlməyə imkan verir. Ancaq bu gün bir çox insanlar bu sarsıntını bir -iki dəfə keçirmir, xroniki stres vəziyyətində yaşayırlar. Bu isə onların sağlamlığına, o cümlədən beyin funksiyalarına mənfi təsir göstərir", -o, qeyd edib.

Onun sözlərinə görə, bu, xüsusən də insanlarda yaddaşsızlıqla bağlı problemlərə gətirib çıxarır: "Xroniki stres insanı narahatlıq, çaxnaşma və emosionallığa, qeyri-sabitliyə daha həssas edir. Yuxu problemləri ortaya çıxır və nəticədə emosional və daah ciddi-koqnitiv problemlər yaranır. Bundan əlavə, xroniki stress beyin hüceyrələrinin qocalma prosesinə təsir göstərə bilər ki, bu da Alzheymer kimi ağır bir xəstəliyin inkişaf riskinə səbəb olur".

Həkim özünüzü stressdən necə qorumaq barədə bəzi məsləhətlər də verib. Əvvəla, müntəzəm fiziki məşqlər lazımdır. Çünki fiziki fəaliyyət xoşbəxtlik hormonlarının - endorfinlərin istehsalını stimullaşdırır.

İkincisi, yuxu rejiminə riayət etmək və keyfiyyətli istirahəti təmin etmək vacibdir. Bunun üçün xüsusilə, yatmazdan əvvəl sakit atmosfer yaratmaq, o cümlədən yuxuya getməzdən əvvəl qadcetlərə baxmaqdan imtina etmək lazımdır.

Tural

Избранный
119
22
news365.az

10Источники