RU

ABŞ-də Pentaqonun gizli sənədlərini yayan şəxsə hökm oxundu

ABŞ ordusunun məxfi məlumatlarını internetdə paylaşmaqda günahlandırılan keçmiş əsgəri Cek Teyşeyra 15 il müddətinə azadlıqdan məhrum edilib.
 
AZXEBER.COM xarici mətbuara istinadən xəbər verir ki, 2023-cü ilin aprelində saxlanılan və bu ilin martında ona qarşı irəli sürülən ittihamları qəbul edən Teyşeyra ilə bağlı qərar açıqlanıb.

Teyşeyra dinləmədən əvvəl verdiyi açıqlamada \"Mən verdiyim bütün zərərlərə görə üzr istəyirəm. Bilirəm ki, məsuliyyət daşıyıram və nəticələrini qəbul edirəm\" deyə bildirib.

Massaçusets əyalətinin hakimi İndira Talvani 22 yaşlı Teyşeyranın ordu ilə bağlı məxfi məlumatları ehtiva edən sənədləri sızdırdığı üçün 15 il həbs cəzasına məhkum edildiyini açıqlayıb.

Gülay
Избранный
15
azxeber.com

1Источники