RU

COP for Hope: COP29-da bəşəriyyət üçün çox vacib məsələlər həll olunur – Meksika nümayəndəsi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimizMeksikadan “U.S. Climate Action Network”un nümayəndəsiMindahi Kressensio Bastida Munyosdur.

O, Trend-əaçıqlamasında bir neçə COP-da iştirak etdiyini və Bakıda keçirilənbu genişmiqyaslı tədbirin xüsusi bir əhəmiyyət daşıdığınıbildirib.

"Budəfəki BMT iqlim konfransı maliyyə məsələsinə bağlı olanbəşəriyyət üçün çox vacib bir problemi həll edir. Təbiətə olanborcumuzu geri qaytarmağa daha çox diqqət yetirməliyik. Çünki məhztəbiət bizi dəstəkləyir.

Fikrimcə, Bakıdakı konfrans bizim dünyadakı yerimizi yenidəndüşünmək üçün mühüm bir addım olmalıdır. Bu problemə hökumətlər,korporasiyalar və ətrafımızda olan hər kəs cəlb olunmalıdır, çünkibu, iqlim dəyişikliyi ilə nəticələnən böyük bir problemdir. Bunagörə də biz burada olmalı və müasir dünyadakı yerimizi yenidən dərketməliyik.

Azərbaycan enerji imkanlarımızı və bu dünyanı necədəstəklədiyimizi yenidən nəzərdən keçirən aparıcı ölkələrdən biriolmalıdır. Biz bir-birimizə hörmət etməliyik. Təbiətə hörmətetməliyik. Özümüzə hörmət etməliyik. Bərpa olunan enerjimənbələrinə dair yeni bir dövlət siyasətinə ehtiyacımız var", –deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
26
3
az.trend.az

4Источники