RU

Deputat: “Sülh ölkəsi olaraq dünyanı sülhə çağırırıq” » AzadMedia.az


“COP29-un keçirilməsi ölkəmizin tanıdılması baxımından da xüsusi önəm daşıyır. Unutmayaq ki, yeni sivilizasiyanın astanasındayıq”. Bu fikirləri AzadMedia.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, Azərbaycanın ekologiyaya, təbiətə olan münasibəti bəllidir:
“Bu istiqamətdə bir çox işlər görülüb və görülməkdədir. Məsələn, ölkəmizdə 2019-cu ildə “Nəsimi ili”, 2021-ci ildə “Nizami ili” 2023-cü ildə isə “Heydər Əliyev ili” elan olunub. Həmin vaxtlarda nə qədər ağac əkilib. Azərbaycan hər zaman lider ölkə kimi fərqlənib. Mehriban xanım Əliyevanın “adama bir ağac əkək” kampaniyası yaşıllığın qorunmasına hesablanıb. Bu gün Bakının ətrafı yaşıllıqla doludur. Ulu Öndər Heydər Əliyevin 100 illiyində 4 milyon ağac əkilib. Ölkəmiz bu məsələni hər zaman diqqətdə saxlayıb. Biz təbiətə olan münasibətimizi hər zaman sərgiləmişik”.
Komitə sədrinin sözlərinə görə, COP29 həm dünya, həm də bizim üçün əhəmiyyətlidir:
“Uzun illərdir ki, biz başqa ölkələrin bu sahədə təcrübəsini öyrənirik. Həmçinin biz də öz təcrübəmizi dünyanın bir çox ölkələrinə çatdıracağıq. Ölkəmiz BMT-nin qətnamələrini icra etməklə həm də dünyaya töhfə verdi. Həmçinin, dünyanın xilası müharibələrin dayandırılmasından keçir. İqlim gündəliyində nəzərdə tutulan ölkələrin maliyyələşməsi çox vacibdirş Məsələn, götürək, silah istehsalını və onun atmosferə vurduğu ziyanı. Bunların hamısı ekologiyaya ziyandır. Onlara ayrılan maliyyə vəsaiti başqa sahəyə yönəlsə, dünyamız xilas olar. Biz məqsədlərə nail olduq. Sülh ölkəsi olaraq dünyanı sülhə çağırırıq. Biz sülhə nail olmaq üçün güzəştlər edirik. Əsas mövzumuz sülhdür. Sülhün nə olduğunu bizdən yaxşı kimsə dünyaya çatdıra bilməz. Çünki biz 30 il ərzində ekoloji terrora da məruz qalmışıq. Bu gün isə ekologiyanın xilasına çağırışlar edirik. Sülh atəşkəsi çox vacibdir”.
X.XƏLİLOV
Избранный
12
1
azadmedia.az

2Источники