İngiltərəli baş hakim Devid Kutun səsləndirdiyi fikirlər ölkəsində gündəm mövzusuna çevrilib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Təcrübəli ədalət təmsilçisi bunları söyləyib:

"O, çox axmaq insandır. Mən onların "Börnli" ilə oyununda hakimlik etdiyim vaxt mənə hücum etmişdi. Çox təkəbbürlü insandır. Onunla nəsə danışmaq marağımda olmayıb".

Bu ifadələrdən sonra İngiltərə Peşəkar Hakimlər Şurası (PGMOL) Devid Kutunu müvəqqəti olaraq hakimlikdən kənarlaşdırıb.