Gürcüstanda prezident seçkilərinin 2025-ci il yanvarın əvvəlində keçiriləcəyi gözlənilir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib .
Onun sözlərinə görə, ölkədə sabitlik hökm sürür. Parlament seçkilərinin nəticələrinə yekun vurulduqdan sonra ilk iclas keçiriləcək.
Baş nazirin ehtimalına görə, yanvarın əvvəlində prezident seçkiləri keçiriləcək.
Xatırladaq ki, ötən ayın 27-də keçirilən parlament seçkilərində Gürcü Arzusu partiyası qalib gəlib.
Məlik,
KONKRET.az