RU

Pietro Parolin: "Mən və konfransın digər iştirakçıları çox isti qarşılandıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Artıq ikinci dəfədir ki, Azərbaycandayam. Hər dəfəsində daha isti qonaqpərvərlik görürəm".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən COP29-da iştirak edən Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin jurnalistlərə açıqlamasında deyib.
O, COP29-un təşkilatçılığına heyran olduğunu qeyd edib:
"Mən və konfransın digər iştirakçıları çox isti qarşılandıq. Düşünürəm ki, beynəlxalq ictimaiyyət uzun müddətdir ki, iqlim dəyişikliyi ilə mübarizə aparmalı olduğumuzu bilir. Amma təəssüf ki, müvafiq problemlərin həlli istiqamətində tədbirlər çox ləng aparılır. Hesab edirəm ki, bu konfranslar irəli getməli və bu problemlə mübarizə tədbirlərinin həyata keçirilməsində irəliləyiş əldə etməli və həllini tapmağa çalışmalıdır".
Mərahim Nəsib
Избранный
28
50
oxu.az

10Источники