Dünyanın üzləşdiyi ən aktual problemlərdən biri iqlim dəyişikliyidir.
APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qlobal Tərəfdaşlıqlar Ofisinin İdarəedici Direktoru Tomas Debass deyib.
O qeyd edib ki, heç kəs təkbaşına bu problemləri həll edə bilməz.
"Biz özəl sektorun rolunu təşviq etmək üçün COP29-dayıq. Özəl sektorun həm töhfələr nöqteyi-nəzərindən, həm də həll yollarını tapmaqda mühüm rolu var. Biz təkcə korporasiyalardan deyil, bu səylərə töhfə verən akademik dairələrdən, QHT-lərdən və mahiyyətcə qeyri-hökumət qurumlarından danışırıq. ABŞ-ın özəl sektorunu gücləndirmək üçün səylə çalışırıq. Bildiyiniz kimi, ABŞ həm resurslar baxımından, həm də qlobal əhatə baxımından ən dinamik özəl sektora malikdir. İqlim Sahibkarlığı Koalisiyası adlı ortaqlığımız var ki, dünya üzrə doqquz mərkəz yaratmışıq və bunlardan bir neçəsi Mərakeşdə, Keniyada, Qanada, Kosta-Rikada, Qvatemalada, Kolumbiyada, Yamaykada və Vyetnamdadır”, - deyə Tomas Debass bildirib.