"Sənayemizi dənizin artmaqda olan səviyyəsinə uyğunlaşdırmaq üçün bizim 24 milyard dollara ehtiyacımız var".
APA-nın məlumatına görə, bunu İnkişaf etməkdə olan kiçik adaların iqlim dəyişmələrinə həsr olunmuş Liderlər Sammitində Marşall Adalarının Prezidenti Hida Hayni vurğulayıb.
Marşal Adaları lideri deyib ki, COVID-19 kimi pandemiyaya qalib gələn bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədən də uğurla çıxacaq:
"İqlim dəyişikliyi planetdə böyük fəlakətlərə səbəb olub, bizim isə çox az vaxtımız var. Bizim də məqsədimiz 1,5 dərəcədən ibarətdir. Bu məqsədə nail olmaq üçün hər tərəf məsuliyyətini qəbul etməlidir. Biz COP Prezidentliyinin irəli sürdüyü məqsədlərin reallaşması üzrə səyləri dəstəkləyirik. Marşal Adaları dövləti də enerji transformasiyalarının reallaşması, eləcə də yeni məqsədyönlü kəmiyyət hədəflərinə nail olmaq üzrə öhdəliklərə sadiqdir. Sənayemizi dənizin artmaqda olan səviyyəsinə uyğunlaşdırmaq üçün bizim 24 milyard dollara ehtiyacımız var. İnkişaf etməkdə olan ölkələrin iqlim məqsədlərinə nail olması üçün kapitallaşma son dərəcə önəmlidir. COVID-19 kimi pandemiyaya qalib gələn bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədən də uğurla çıxacaq. Faydalı qazıntı hasilatı sənayesi qarşısında dayanıqlığı təmin etmək üçün yeni kəmiyyət hədəflərinə nail olunmalıdır".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта