Türkiyə BRIKS tərəfdaş dövlətlərindən biri olmaq təklifi alıb.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ömər Bolat bildirib.
“Türkiyəyə BRİKS-də tərəfdaş ölkə olmaq təklif olunub, bu, keçid prosesidir”, – türkiyəli nazir bildirib.
Bolatın sözlərinə görə, BRİKS-ə qoşulmaq Türkiyəyə böyük fayda gətirəcək, çünki belə bir addım Ankaraya bütün əsas dünya platformaları ilə əməkdaşlıq etməyə imkan verəcək.
Azpost.info