RU

İsrail ordusu Beyrutun cənubunu hədəf alıb

İsrail döyüş təyyarələri gecə saatlarında Livanın paytaxtı Beyrutun cənubuna 4 hava zərbəsi endirib.

Bu barədə Livanın rəsmi NNA xəbər agentliyi məlumat yayıb.

Hücumlar "Hizbullah"ın qalası sayılan Dahiyə bölgəsində şiddətli partlayışlara səbəb olub. NNA-nın verdiyi məlumata görə, İsrail qüvvələri Beyrutun Haret Hreik bölgəsindəki Dar əl-Havra tibb mərkəzini də hədəf alıb.

Partlayışlar İsrail ordusunun sözçüsü Aviçay Adraee'nin rəsmi "X" internet səhifəsindəki paylaşımından sonra baş verib. A.Adraee Haret Hreik bölgəsindəki bir əraziyə işarə edərək evakuasiya ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, İsrail ordusu dünən günorta saatlarında Beyrutun cənubundakı Dahiyə bölgəsinə azı 12 hava zərbəsi endirmişdi.



Избранный
12
trt.net.tr

1Источники