Hurriyyet.az "Yeni Şafak" nəşrinə istinadla xəbər verir ki, Türkiyə BRİKS təşkilatının tərəfdaş ölkəsi olmağa dəvət edilib.
Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat TVnet kanalına müsahibəsi zamanı məlumat verib.
Nazir deyib: "Türkiyəyə BRİKS təşkilatında tərəfdaş ölkə olmaq təklif edilib. Bu, keçid prosesidir".
Nazirin sözlərinə görə, BRİKS təşkilatına üzvlük Türkiyə üçün xeyli faydalı olacaq və dünyanın bütün mühüm platformaları ilə əməkdaşlıq imkanı verəcək".
Hürr Tərcüman