RU

Sabiq ingiltərəli oyunçudan ''Beşiktaş'' etirafı

İngiltərə futbolunun tanınmış simalarından olan Les Ferdinand ''Beşiktaş''da oynadığı dönəmlə bağlı diqqətçəkən açıqlamalar verib.

Hazırda 57 yaşı olan Ferdinand İstanbul nəhəngində 1988/89 mövsümündə icarə əsasında top qovub. O bir il ərzində ''Qartal''ın heyətində ölkə kubokunun qalibi olmuş, 31 oyunda 17 qol, 10 məhsuldar ötürmə ilə fərqlənmiş və fanatların sevgisini qazanmışdı. Karyerası ərzində legioner həyatını yalnız həmin mövsüm Türkiyədə yaşayan Ferdinand KPR, ''Nyukasl'', ''Tottenhem'', ''Vest Hem'', ''Lester'', ''Bolton''da da top qovub. Premyer-liqada ümumilikdə 349 oyuna 149 qol vuran Ferdinand turnirin tarixində ən məhsuldar 17-ci futbolçudu.

O bunları deyib:

''Beşiktaş'' məni həm insan, həm də futbolçu kimi yeni səviyyəyə yüksəldən bir klubdu. Orda əsil dost ab-havası və özümə qarşı çox səmimi münasibət gördüm. ''Beşiktaş''da qazandığım təcrübə sayəsində premyer-liqada adımdan söz etdirməyi bacardım. Türkiyədə keçirdiyim günləri hər zaman xoş hisslərlə xatırlayıram''.

ƏLİ
Избранный
19
football-plus.az

1Источники