RU

Prezident Pakistanın Baş naziri ilə görüşdü - Fotolar+Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

Sabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Məhəmməd Şahbaz Şərif Pakistan Prezidenti Asif Əli Zərdarinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə dövlət başçısını təbrik edən Məhəmməd Şahbaz Şərif vurğulayıb ki, qardaş Azərbaycanda belə bir tədbirin keçirilməsinə görə çox seviniblər. Pakistanın Baş naziri Azərbaycan Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış etdiyini deyib.

Prezident İlham Əliyev Pakistanın Baş nazirinə COP29-da iştirak etdiyinə görə minnətdarlığını bildirib və özünün Pakistana səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı dövlət başçısının Pakistana səfəri zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olunub, ölkələrimiz arasında sərmayələr, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi məmnunluqla qeyd edilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olunub. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı çərçivəsində əlaqələrimizin əhəmiyyəti vurğulanıb.

Избранный
32
16
sabah.az

10Источники