RU

Qənirə Ataşova: “Xatirə İslam dedi ki, bacıma dəymə” – ŞOK AÇIQLAMALAR

Məlum olduğu kimi, ABŞ-yə köçən aparıcı Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşıb.

Bununla da keçmiş jurnalist bu sahədə baş verən problemlərə, tibbi təhlükəsizlik məsələlərinə diqqət çəkməyə çalışıb.

Bəs saxta diplomlu həkimlərin siyahısı necə ortaya çıxdı? Qənirə Ataşova niyə məhz indi həmin siyahını açıqladı? Qənirə Ataşova Musavat.com-un bu və digər suallarını cavablayıb.

– Necə oldu ki, Bakıdakı saxta diplomlu həkimlər barəsində araşdırma aparmaq qərarına gəldiniz?

– Sosial şəbəkələrdə özünü bloger, həkim və sairə adlandıran bir xanımın tez-tez vaginoplastik prosedurlarla bağlı açıq-aşkar paylaşdığı videolarla qarşılaşırdım. Düşündüm ki, bu xanım kimdir ki, otağında ədəbsizcəsinə xalqımızın qadınlarını videoya çəkir. Onun haqqında araşdırma apardım və məlum oldu ki, Günel Əzizova nəinki həkim, heç tibb işçisi deyil, amma özəl klinikalarının birində vaginasiya və vaginaplastika kimi ciddi əməliyyatlar edir. Bununla bağlı özünə və xəstəxanaya sorğular yazdım. Bu zaman müğənni Xatirə İslam mənə səs göndərdi ki, “Günel Əzizova mənim bacımdır, ona toxunma, onun kurslarının pulunu mən özüm ödəmişəm”. Onun çalışdığı klinika da “feyk”dir. Həmin klinika vaxtilə ölkənin güclü nazirlərindən birinin əhatəsində olub, sonra isə kiməsə satılıb.

Günel Əzizovanın özü əməliyyat apara bilmədiyindən, işə peşəkar cərrahları cəlb edir və pulu onlarla yarı bölür. Yəni əslində klinikaya xəstə cəlb edən, aldadanıdır. Xalqın sağlamlığı üzərində “bazarlıq” etmək olmaz! Dövlətin bir nəzarət mexanizmi olmalıdır ki, hər yerindən duran özünə həkim deməsin.

Beləliklə də mən öyrəndim ki, insanlar kurs keçərək, Bakıda əyninə tibb xalatı geyinib, əməliyyatlara, müayinələrə girir, insanların taleyi ilə oynayır.

Sosial media üzərindən araşdırmalar apararkən xeyli insanlar mənə yazmağa başladı. Onların arasında daha çox uğursuz plastik əməliyyatlardan əziyyət çəkənlər idi. Həmin şəxslər özlərinə artıq vəkil tutublar və mən də onların vəkilləri danışarkən qalmaqala səbəb olan siyahıya gəlib çıxdım.

Məlum olduğu kimi, 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməz. Amma heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb. Sual yaranır: Bəs necə oldu ki, bu adamlar rezidentura keçmədən istisas dəyişimi edib, estetik cərrah oldular? Sizcə, 9 günə ixtisas dəyişimi etmək olarmı? Bir vətəndaş kimi şəxsən siz öz taleyinizi 9 günə ixtisas dəyişən həkimə həvalə edərdiniz?

– Amma vətəndaşlar da öz sağlamlıqlarına məsuliyyətli yanaşıb, müraciət edəcəkləri həkim barəsində bir qədər araşdırma aparmalıdır…

– Axı necə? Bunu vətəndaş necə bilsin? Vətəndaş düşünür ki, müraciət etdiyi həkim ixtisaslaşmış həkimdir. Onun haqqında necə araşdırma aparsın? Bu haqda araşdırma aparmaq vətəndaşın borcu deyil. Həkimləri işə götürən xəstəxanalar qanunun tələblərini yerinə yetirməli, qanuna uyğun davranmalıdır. Əgər xəstəxanalar rezidentura bitirməyən həkimləri işə götürməkdən imtina edərsə, daha kimlərsə müxtəlif yollarla sənəd alıb, plastik cərrah kimi işləməyə çalışmaz, bunun qarşısı alınmış olar.

Təbii ki, çox gözəl həkimlərimiz, ümumi cərrahlarımız var, onları dəyərləndirirəm. Həmin həkimlər maddiyyat üzündən ixtisas dəyişimi etmək məcburiyyətində qalıblar. Amma təəssüf ki, diplomsuz həkimlər də var və onlar səhiyyə sisteminin adını “qaralayır”.

– Uzun müddətdir ki, Amerikada yaşayırsınız. Orada da diplomsuz həkim və ya tibb işçisi problemi varmı, üzləşmisinizmi?

– Hazırda yoxdur. Amma bir müddət əvvəl Floridada xeyli insana tibb işçisi adı altında saxta diplom verilmişdi və bu, böyük qalmaqala səbəb olmuşdu. Saxta diplomu verən və alan hər kəs məhkəmə qarşısında cavab verməli olmuşdu. Amerikada tibb bacısı olmaq üçüb 4 il tibb universitetində təhsil alırlar. Bu təhsili almadan heç cür hansısa klinikaya işə düzələ bilməzsən. Buna cəhd etsən, cinayət məsuliyyətindən yaxa qurtara bilməzsən. Buna görə əmlakın müsadirə olunması və 20 ilədək həbs cəzası var.

Daha bir məsələ, Amerikada tibbi vəkillər var. Azərbaycanda isə bu sfera boşdur.

Tibbi vəkillər həkimlərin işini izləyir, xəstələrlə işləyirlər. Əgər həkim işində hər hansı tibbi boşluğa yol verərsə, mütləq şəkildə inzibati məsuliyyətə cəlb edilir. Beləliklə, həkimlər həmin həkim vəkillərinin əlindən gözlərini “qırpa” bilmirlər. Çünki Amerikada cəza ilə yanaşı, həkimin diplomunun ləğvi məsələsi də var. Bu baxımdan həkimlər öz işlərində çox məsuliyyətli olurlar.

– Bundan sonra hansı sahənin həkimləri ilə bağlı araşdırmanızı görə biləcəyik?

– Azərbaycanda həm də diplomsuz, ixtisaslaşmamış stomatoloqlar da var. Bununla bağlı da tezliklə siyahı təqdim edəcəm.

Bəziləri xüsusən də Türkiyəyə gedib, tanınmamış, gözdən-könüldən uzaq universitetlərdə diş texnikliyini oxuyub, gəlib Azərbaycanda stomatoloq kimi fəaliyyət göstərir, implant edir, üz-çənədə ciddi əməliyyat aparırlar. Nəticədə insanların şikəst olmasına gətirib çıxarır.

Təkcə Türkiyənin ucqar yerlərindən deyil, Dağıstan, Gürcüstan, Ukraynadan saxta diplom əldə edənlər də var.

Избранный
10
8
editor.az

10Источники