Türkiyə BRİKS-dən tərəfdaş ölkə olmaq təklifi alıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat tvnet-ə müsahibəsində bildirib.
“Türkiyəyə BRİKS-də tərəfdaş ölkə olmaq təklif edilib, bu, keçid prosesidir”.
Bolat qeyd edib ki, assosiasiyaya qoşulmaq respublikaya əhəmiyyətli faydalar gətirəcək, çünki bu, ən mühüm qlobal platformalarla əməkdaşlığa imkan verəcək.