RU

Xüsusi qayğıya ehtiyacı olan uşaq: "Gələcəkdə Ronaldinyo kimi futbolçu olmaq istəyirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Onun mənə hədiyyə etdiyi imzalı top və formanı bir ömür boyu özümdə saxlayacağam"
Bunu Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evinin sakini Qənirə Zeynalova bildirib.
"Mən özüm də futbolçu olmaq istəyirəm. Ronaldinyo ilə üz-üzə gəlmək mənə əlavə ruh yüksəkliyi verdi. Hazırda "Neftçi" klubunda oynayıram və gələcəkdə Ronaldinyo kimi futbolçu olmaq istəyirəm", - deyə Q.Zeynalova əlavə edib.
Qeyd edək ki, Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauço "Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib.
Anar Həsənov
Избранный
37
50
oxu.az

10Источники