Ermənistan Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün rəsmi ərizə təqdim etməyib.
Bakupost.az Axar.az -a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün heç bir Ermənistan rəsmisi müraciət etməyib və qeydiyyatdan keçməyib”, - Mirzoyan bildirib.
Qeyd edək ki, COP29-da iştirak etmək üçün Ermənistan nümayəndə heyətinin qeydiyyatdan keçdiyi haqda məlumat yayılmışdı.