RU

Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA

Azerbaijan Energy Regulatory Agency

Təminat şöbəsi – Aparıcı mütəxəssis

Son tarix 12 dek 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir; 
  • Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
  • Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
  • Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; 
  • Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
  • İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; 
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • İş bölgüsü üzrə Agentliyin Aparatının mövcud anbarının mədaxil və məxaricinə cavabdehlik daşıyır;
  • İş bölgüsü üzrə Agentliyin balansında və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin istifadəsinə nəzarət edir və bununla bağlı tələb olunan hesabatları hazırlayır;
  • İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
  • İş bölgüsü üzrə Agentlikdə aparılan əmlakın və öhdəliklərin inventarizasiyası ilə bağlı işçi qruplarda iştirak edir və inventarizasiyanın nəticələri ilə bağlı hazırlanmış aktları imzalayır;
  • Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
  • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
  • Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

Tələblər:

  • Ali təhsil (Nəqliyyat vasitələrinin texniki istismarı və s. aidiyyəti ixtisasları üzrə)
  • İxtisası üzrə profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi
  • Yaş həddi 25-40 aralığı;
  • Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır.
  • Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
  • Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
  • Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmalıdır.
  • Avtonəqliyyat vasitəsinin texniki quruluşu haqqında nəzəri və praktiki biliklərə malik olmalıdır.
  • Avtonəqliyyat vasitəsində baş verən nasazlıqları aşkarlamaq bacarığı olmalıdır.
  • Avtonəqliyyat vasitəsi konstruksiyası hissələrini və təmiri prosedurları haqqında bütün məlumatları bilməlidirlər.
  • Yüksək səviyyədə MS Office bilikləri
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etmək bacarığı;

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – Aparıcı mütəxəssis) qeyd edin

Избранный
44
fed.az

1Источники