RU

Tramp və Bayden Ağ Evdə hakimiyyətin ötürülməsi danışıqlarını aparır

2024-cü il ABŞ prezident seçkilərində qələbə qazanan Donald Tramp çərşənbə günü Ağ Evdə hazırkı prezident Co Baydenlə görüş keçirdi. Bu, ilin əvvəlindəki gərgin debatdan sonra iki siyasətçinin ilk görüşü idi.

Görüş zamanı Bayden hakimiyyətin sülh yolu ilə ötürüləcəyinə söz verdi, Tramp isə prosesi mümkün qədər hamar keçirmək niyyətində olduğunu bildirdi.

"Seçilmiş Prezident və keçmiş Prezident, Donald, təbrik edirəm. Hakimiyyətin rahat və problemsiz ötürülməsini təmin etmək istəyirik və sizə dəstək olmaq üçün hər şeyi edəcəyik," deyə Bayden Oval Ofisdə Trampa müraciət etdi. "Bu gün bəzi mühüm məsələləri müzakirə etmək imkanı olacaq. Xoş gəldiniz və yenidən xoş gəldiniz!"

Tramp isə qeyri-adi olaraq səmimi cavab verərək dedi: "Siyasət sərt bir şeydir və dünya ümumiyyətlə çətin bir yerdir. Amma bu gün hər şey yaxşıdır və mən bunu həqiqətən qiymətləndirirəm." Daha sonra hər iki siyasətçi əl sıxdı — bu, sərt keçən seçki kampaniyasından sonra barışıq jesti idi.

Bu görüş, ABŞ siyasi həyatında uzun müddətdir mövcud olan bir ənənənin bərpası oldu — Ağ Evdə prezidentin öz xələfini qəbul etməsi. Lakin 2020-ci il prezident seçkilərindən sonra Tramp məğlubiyyətini qəbul etmədiyi üçün Baydeni dəvət etməmiş və bu ənənə pozulmuşdu.

Ağ Evin Mətbuat katibi Karin Jan-Pyer görüşün əhəmiyyətini qeyd edərək bildirib ki, Bayden "ənənələrə və institutlarımıza inam bəsləyir. O, hakimiyyətin dinc yolla ötürülməsinə inanır."

Избранный
47
50
turan.az

10Источники