RU

Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynaya münasibətini dəyişməyəcək

  “Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi Ukrayna böhranına münasibəti dəyişməyəcək. Vaşinqton hər şeyi öz nəzarəti altında saxlamaq istəyir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Vaşinqtonun Ukrayna, hətta Avropa məsələlərinə fundamental münasibəti o mənada dəyişməyəcək ki, ABŞ həmişə NATO məkanında və onun ətrafında baş verən hər şeyi öz nəzarəti altında saxlamağa çalışacaq. Avropa Birliyi isə indi hərbi-siyasi baxımdan NATO ilə eynidir”, - deyə o qeyd edib.Teleqraf.com  

Избранный
86
6
referans.az

9Источники