RU

'Azərbaycan Kəlağayısı Günü'' geniş konsert proqramı ilə qeyd ediləcək

Noyabrın 26-da, 15:00, 2024-cü ildə AMEA Folklor İnsitutu və Mirvarid Dilbazi Poeziya Məclisi ''Azərbaycan Kəlağayısı Günü''nü Qurban Abbasov adına Mədəniyyət Sarayında geniş konsert proqramı ilə qeyd edəcək.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, AMEA Folklor İnsitutunun dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, Qurban Abbasov adına Mədəniyyət Saraynda ''Kəlağayı Günü'' qeyd ediləcək. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu il həmin tarixi hadisənin 10 illik yubileyidir. Bu münasibət ilə Mirvarid Dilbazi Poeziya Məlisinin təşbbüsü və  təşkilatçılığı ilə 2024- cü ilin əvvəlindən Naxçıvan MR-da, bölgələrimizdə, elm və təhsil ocaqlarında  ''Sazlı, sözlü kəlağayı günləri'' layihəsi çərçivsində festivallar, tədbirlər, sərgilər keçirildi.

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi  2024-cü il kiçik qrant müsabiəsində təşkilatın  ''Azərbaycan kəlağa yılarının təbliği'' layihəsi də  qalib elan  olundu və 3 ay əzində uğurla icra olundu. Qazax, Gəncə, Şamaxı, Şəki, Bakı şəhərlərində layihə çərçivəində tədbirlər keçirildi.

26 noyabr ''Kəlağayı Günü'' dür, kəlağayı bayramıdı. Bu bayrama hər kəs dəvətlidi. Giriş sərbəstdi.

Избранный
14
3
qht.az

4Источники