RU

İtaliya prezidenti ilə İlon Mask arasında gərginlik yarandı

İtaliya prezidenti Sercio Mattarella amerikalı milyarder İlon Maska ölkənin işlərinə qarışmamağı tövsiyə edib.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, amerikalı milyarder hökumətin anti-immiqrasiya təşəbbüsünü əngəlləyən romalı hakimlərin işdən çıxarılmasının lazım olduğunu deyib.

İtaliya dövlət başçısının son dərəcə qeyri-adi bəyanatı hakim koalisiya ilə məhkəmə sistemi arasında artan gərginlik fonunda baş verib və bu, ölkənin baş naziri Corciya Meloninin dostu olan Maskın diqqətini cəlb edib. O, X hesabında immiqrasiyaya qarşı mübarizənin sərtləşdirilməsinə mane olan hakimlərin işdən uzaqlaşdırılmasının gərəkdiyini yazıb. Onun bu şərhi Donald Trampın onu ABŞ-da daha effektiv hökumət yaratmaq məqsədi ilə rəhbər vəzifəyə təyin etməsindən bir neçə saat əvvəl İtaliya qəzetlərində geniş işıqlandırılıb.

Rəy sorğularında İtaliyanın ən hörmətli lideri kimi seçilən Mattarella Maskın paylaşımına belə münasibət bildirib: "İtaliya böyük və demokratik ölkədir, öz qayğısına necə qalacağını yaxşı bilir. İstənilən şəxs, xüsusən də elan olunduğu kimi, dost və müttəfiq ölkədə mühüm dövlət vəzifəsini tutmaq niyyətindədirsə, onun(İtaliyanın) suverenliyinə hörmət etməlidir və ona göstəriş vermək vəzifəsini öz üzərinə götürə bilməz”.
Mask isə İtaliya prezidentinə cavab olaraq X hesabında bunları yazıb: “İtaliya xalqı demokratiyada yaşayır, yoxsa qərarlar seçilməmiş avtokratiya tərəfindən verilir?"

Baş nazir Meloni bu paylaşımlara münasibət bildirməsə də, onun müavini Matteo Salvini Maskın müdaxiləsini alqışlayıb.

 

Musavat.com

Избранный
14
1
musavat.com

2Источники