RU

Hündürlükdən yıxılan işçi 12 gün sonra dünyasını dəyişdi

Süd fermasının damında elektrik nasazlığını aradan qaldırmaq üçün təmir işləri aparan Serkan Taşkıran 20 metr hündürlükdən yıxılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kırşehir bölgəsində baş verib.
 
Xəstəxanaya yerləşdirilən və müalicə alan 36 yaşlı elektrik işçisi 12 günlük həyat mübarizəsindən sonra vəfat edib.
 
Digər tərəfdən, Serkan Taşkıranın evli və 3 uşaq atası olduğu öyrənilib.
 
Oksana
Избранный
86
azxeber.com

1Источники