Balıkesirdən Yunanıstanın Midilli adasına qeyri-qanuni yollarla keçmək istəyən 24 immiqrant yaxalanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qayıqda 10-u uşaq olmaqla 24 qeyri-qanuni mühacir tutulub.
Əldə edilən məlumata görə, Sahil Mühafizə Botu (KB-40) tərəfindən Balıkəsir bölgəsinin Ayvalık mahalı sahillərində təsbit edilən rezin qayıq dayandırılıb.
Saxlanılan şəxslər Ayvalıkda endirilərək İmmiqrasiya İdarəsindəki səlahiyyətli şəxslərə təhvil veriliblər.
Oksana