RU

Bu üsulla saniyələr içində ləkə təmizlənir

Mətbəx sobalarında yemək bişirərkən yaranan ləkələri təmizləmək bəzən saatlarla vaxt alır. Təmizlənməyən ləkələr sobalarda qurumağa başlayır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, zamanla mətbəx sobaları kirlərin quruduğu və yapışdığı yerlərə çevrilə bilər. Çirkli sobalar dərhal təmizlənməsə, bu yerlərdə yağ və sous ləkələri kimi çətin təmizlənən ləkələr qalacaq.

Kimyəvi məhsullarla belə çətin çıxarılan bu ləkələri təbii üsulla bir neçə dəqiqə ərzində təmizləmək mümkündür.

Mətbəx sobalarını təmizləməyin təbii üsulu: Əvvəlcə qazana 2 çay stəkan sirkə, 4 xörək qaşığı limon duzu, su və çubuq sabunu tökürük. Tərkibləri tamamilə homojen olana qədər qaynatmaq lazımdır. Sonra bir az soyuduqdan sonra qarışığı yumşaq bir parça ilə sobaya sürtün. Ləkələrin saniyələr ərzində yox olduğunu görəcəksiniz.

Milli.Az

Избранный
13
50
milli.az

10Источники