RU

Bu ədalətsizliyə son qoyulmalıdır - Quterreş

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.

Publika.az xəbər verir ki, Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş G20 ölkələrinin dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib. “Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik, dənizlərin səviyyəsinin yüksəlməsi sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır”.

Baş katib diqqətə çatdırıb ki, yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün kiçik ada dövlətlərinə dəstək göstərilməlidir. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.

COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, son aylarda Antiqua və Barbudadan Barbados və Tonqaya qədər çoxlu səfərlər edib və kiçik ada dövlətlərinin qarşılaşdığı çətinlikləri dərindən öyrənib. Bildirib ki, razılıq əldə etmək üçün tərəflər dəfələrlə bir araya gətirilib və artıq bir sıra məsələlərdə irəliləyiş var. Qeyd olunub ki, beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə əlçatanlığın təmin olunması istiqamətində də işlər davam etdiriləcək.

Nazir, həmçinin deyib: “Yardım göstərmək üçün çox çalışırıq, davamlılıq yaratmaq üçün hərtərəfli yanaşmalara ehtiyacımız var. İnanıram ki, COP29 səsimizi ən yüksək səviyyələrə qaldıran konfransa çevriləcək. Biz COP29-dan sonrakı dövrdə həqiqi tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik”.

Избранный
59
publika.az

1Источники