RU

Ali Məhkəmənin binası qarşısında özünü partlatdı - Braziliyada dəhşət

Braziliya Ali Məhkəməsi qarşısında iki partlayış baş verib.

Publika.az xəbər verir ki, paytaxt Brasilia şəhərində baş verən hadisə nəticəsində ölən şəxs partlayıcı qurğu ilə Federal Ali Məhkəmənin binasına girməyə cəhd edib.

Partlayışın baş verdiyi meydanın ətrafında Ali Məhkəmə ilə yanaşı, Milli Konqresin binası və Prezidentin işçi iqamətgahı yerləşir.

Məlumata görə, polis ölən şəxsin kimliyini təsdiqləməyib. Buna səbəb onun bədənində hələ də partlayıcı qurğuların olmasıdır.

Özünü partladan şəxsin sosial şəbəkələrdə hökuməti terror aktı ilə hədələyən Fransisko Vanderley olduğu ehtimal edilir. Vanderley 2020-ci ildə bələdiyyə seçkilərində Liberal Partiyasından namizəd kimi iştirak edib, ancaq seçilməyib.

Избранный
61
publika.az

1Источники