RU

Dondurma istehsal edən şirkət barəsində tərtib edilən protokola baxılacaq tarix açıqlandı

Dondurma istehsalı ilə məşğul olan "Camal LTD" şirkətinə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun sədrliyi ilə noyabrın 19-da baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 326-cı (Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: Şirkətin qanuni təmsilçisi Adil Vəzirxan oğlu Məmmədovdur.

 

Xəyal Quliyev

Tarix: 14 Noyabr 2024, 08:36   
Избранный
33
pravda.az

1Источники