Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampı İspaniya diktatoru Fransisko Franko ilə müqayisə edib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Avropa İttifaqının baş diplomatı ABŞ-nın seçilmiş prezidentini aşağılayıb.
“Frankonun rəhbərliyi altındakı İspaniya da, məsələn, Qonzalesin dövründəki İspaniyadan fərqli idi”, - deyən Borrel sözlərinə onu da əlavə edib ki, Trampla Franko arasında hələ də fərq var və bu, ABŞ vətəndaşlarının, sadəcə, birincini seçmələrindədir.