RU

Afrikanın 15 ölkəsinin iqlim təqdimatı

COP29-un Mavi Zonasının Konqo Milli pavilyonunda çıxış edən Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso bildirib ki, Afrikanın 15 ölkəsinin nümayəndə heyəti COP29 platformasında bütün dünya səviyyəsində yeni ideyaları ətraflı müzakirə etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Konqonun hər bir şəhərinin “yaşıl” məkana çevriləcəyinin planlaşdırıldığını diqqətə çatdıran Prezident bu məqsədlə minlərlə ağacın əkildiyini deyib.

D.Nqesso daha sonra bildirib: “Hakimiyyət orqanlarına müəyyən direktivlər göndərmişəm ki, bütün əhali, xalqımız bu əkilmiş ağacların qorunmasını diqqətdə saxlasın. Gənclərin bu məsələyə ciddi önəm vermələri daha çox məqsədə uyğundur. Brazavildə və digər şəhərlərdə bu istiqamətdə, xüsusilə, ölkədə meşəsalmalara həsr olunmuş müxtəlif konfranslar və tədbirlər təşkil etmişik. Hazırda biz Afrikanın 15 ölkəsinin, həmçinin Karib ölkələrinin “yaşıllaşması” layihəsini həyata keçiririk. Noyabrın 13-də COP29 platformasında Afrikanın 15 ölkəsinin rəhbərləri və hakimiyyət nümayəndələri görüşüb bütün bu məsələlər ətrafında fikir mübadiləsi aparacağıq”.

Избранный
12
6
xalqqazeti.az

10Источники