RU

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb

Bakı. Trend:

Bakıda keçirilən COP29 iqlim sammitində biznes, investisiya vəxeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb.

Trend xəbər verir ki, tədbirCOP29 Sədrliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyivə COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionutərəfindən təşkil olunub.

Platformanın məqsədi biznes, maliyyə və xeyriyyəçiliksahələrindən olan liderləri bir araya gətirərək Paris Sazişininhədəflərinə çatmaq üçün birgə fəaliyyətə təkan verməkdir.

Bir neçə seqment üzrə təşkil olunmuş tədbirdə əsas mövzulararasında 2030-ci ilədək iqlim maliyyələşməsi tədbirləri, iqlimfəaliyyəti üçün genişləndirilmiş xarici birbaşa investisiyalar üçündövlət və özəl sektor əməkdaşlığının sürətləndirilməsi,dekarbonizasiya həllərinin təşviqi, iqlim uyğunlaşdırılması vədayanıqlılıq üçün maliyyə həlləri yer alacaq, eləcə də iqlimliderlərinin dialoqu keçiriləcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər yenilənəcək

Избранный
17
3
az.trend.az

6Источники