RU

Bayram tətili BİTDİ: İşə çətin adaptasiya olanlar, BUNU EDİN

 Azərbaycanda 6 günlük bayram tətili başa çatıb. Bugündən etibarən hər kəs iş başındadır.

Bakıvaxtı.az-ın məlumatına görə, Bir müddət iş fəaliyyəti ilə məşğul olmadıqda insan rahatlığa alışır, adaptasiya olur. Tətildə günümüzü öz istəklərimizə uyğun olaraq planlaşdırırıq.

Tətil bitdikdə isə bu rahatlığımız pozulur, günümüzün çox hissəsini işə ayırmalı oluruq. Beləliklə, işə həvəssizlik yaranır.

Bəs insanlar işə necə adaptasiya olmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, adaptasiya yeni bir mühitə öyrəşmək, həyat tərzinə alışmaq deməkdir. Bura başqa ölkəyə yaşamağa, oxumağa getmək, iş rejimi, məktəbə, bağçaya başlamaq və s. aid etmək olar. Çox zaman da insanlar öyrəşdikləri bu rejimdən çıxmağa, yeniliyə adaptasiya ola bilmir.

Onun sözlərinə görə, il boyu iş həyatımızda bir neçə dəfə tətillər olur. Tətil bitdikdən sonra isə əvvəlki rejimə qayıtmalı oluruq və bu səbəbdən biraz çətinlik çəkirik.

Günay Kərimi: İnsanlar öyrəşdikləri rejimdən çıxmağa, yeniliyə bəzən adaptasiya ola bilmir

Müsahibimiz qeyd edib ki, o insanlar rahat adaptasiya olur, hansı ki, onlar işlərini çox sevirlər, iş ortamı üçün darıxırlar, görüşmək və işləmək üçün tələsirlər.

Pxixoloq vurğulayıb ki, adaptasiya olmaqda çətinlik çəkənlər isə bunları etməlidir:

"İşə başlamazdan 1-2 gün əvvəl iş saatına uyğun yatıb-durmalıdırlar. Çünki ən çox yuxu rejimində çətinlik yaşanır. Qidalanmağı qaydasına salmaq lazımdır, iş zamanı nahar fasiləsindən sonra gəzintiyə çıxmağın da faydası var".

Nuriyyə Musayeva

Избранный
68
bakivaxti.az

1Источники