RU

İnsanın daxilini “görən” yeni printer

Avstraliyanın Melburn Universitetinin alimləri tibbdə inqilab ediblər. Bu ali məktəb Avstraliyanın 2-ci, Viktoriya ştatının isə 1-ci ən qədim universitetidir. Təhsil ocağının əməkdaşları beyin kimi yumşaq və qığırdaq kimi sərt toxumaları olan orqanların dəqiq modellərini çap etməyə qadir olan 3D bioprinter yaradıblar.

Alimlər qeyd ediblər ki, adi 3D bioprinterlər yavaş-yavaş və təbəqələr şəklində işləyir. Çəkiliş zamanı təbəqələrin ləng hərəkəti hüceyrələri zədələyə və mürəkkəb strukturlar yaratmaq imkanını məhdudlaşdıra bilər. Uzun müddət tədqiqat aparan universitetin mühəndisləri bu problemin həllini tapıblar. Yeni texnologiya hüceyrələri bir neçə saniyə ərzində ənənəvi üsullardan yüz dəfələrlə daha sürətlə, 3D strukturlara dəqiq şəkildə yerləşdirməyə imkan verir

Alimlər bu texnologiyanın müxtəlif heyvanlar üzərində təcrübələr aparılmasına ehtiyacı olmadığını bildiriblər. Qeyd ediblər ki, yeni texnologiya bir çox xəstəlikləri daha dəqiq proqnozlaşdırmağa və dərmanlar hazırlamağa kömək edəcək.

Z.HÜSEYNLİ
XQ

Избранный
47
xalqqazeti.az

1Источники