RU

Trampın Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni planı var

“Donald Tramp tezliklə Rusiya və Ukraynaya səfər edə bilər. Onun məqsədi münaqişə tərəflərini atəşi dayandırmağa inandırmaqdır”.

KONKRET.az RİA Novostitə istinadən xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer deyib. Ekspertin fikirincə Tramp Ukraynadan NATO-ya üzvlük məsələsini təxirə salmağı tələb edəcək: “Trampın planı münaqişə tərəflərini razı salmaq və atəşkəsin texniki təfərrüatlarını müzakirə etməkdir”.

Bundan əvvəl Tramp Ukraynadakı münaqişəni danışıqlar yolu ilə həll edəcəyinə söz vermişdi. O, dəfələrlə bildirib ki, problemi bir gündə həll edə bilər. Rusiyada isə hesab edirlər ki, bu, mürəkkəb problemdir. Bundan əlavə, Tramp dəfələrlə ABŞ-nin Ukrayna münaqişəsinə yanaşmasını tənqid edib. Əlavə edək ki, ABŞ-də keçirilən seçkilərdən bir neçə gün sonra  məlum olub ki, Trampın keçid administrasiyası Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni plan hazırlayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
23
konkret.az

1Источники