RU

Trampın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədin Ukrayna ilə bağlı mövqeyini dəyişib

CNN: Trampın BMT-dəki daimi nümayəndə vəzifəsinə namizədi Stefanik Ukrayna ilə bağlı mövqeyini dəyişib...

ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyasında BMT-də daimi nümayəndə vəzifəsinə namizəd, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Eliza Stefanik Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişib.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı Stefanikin mətbuat katibi Əli Blekə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki, jurnalistlər Stefanikin NATO-nu 2022-ci ildə Ukraynanı öz sıralarına qəbul etməyə necə çağırdığını xatırladıblar. Həmçinin siyasətçi daha sonra Ukraynaya irimiqyaslı hərbi yardımın tərəfdarı olub. BMT-də daimi nümayəndə vəzifəsinə namizəd kimi elan edildikdən sonra, bu sualalrla bağlı Əli Blek konqresmenin Ukraynanın alyansa qəbul edilməli olduğu fikrində olub-olmamasına aydınlıq gətirməkdən imtina edib.

Eyni zamanda, Blek Stefanikin “baş komandan kimi” Trampın göstərişlərinə əməl etmək niyyətində olduğunu vurğulayıb. Stefanikin mətbuat katibi qeyd edib ki, respublikaçı konqresmen Trampın güc yolu ilə sülh yaratmaq siyasətini dəstəkləyir.

Poliqon.info

Избранный
41
1
poliqon.info

2Источники