RU

"Caspian Energy Slovakia"ın sədrinin ölkədən çıxışı məhdudlaşdırılır

"Caspian Energy Slovakia"ın sədri Allahverdiyev Eynar Səlimxan oğlunun Azərbaycandan çıxışı məhdudlaşdırılır.

 

Pravda.az-ın xəbərinə görə, E.Allahverdiyevlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

 

Mahiyyəti xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). İş hakim Zeynəb Axundovanın icraatındadır. Baxış iclası noyabrın 18-də keçiriləcək.

 

Qeyd: "Caspian Energy Slovakia" "Caspian Energy Club" MMC-yə daxildir. MMC-nin qanuni təmsilçisi Telman Eldar oğlu Əliyevdir. Şirkət 2002-ci ilin iyununda yaradılıb, əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

 

Xəyal Quliyev 

Tarix: 14 Noyabr 2024, 10:34   
Избранный
32
pravda.az

1Источники