RU

İran səfiri barmaqları kəsilmiş halda ortaya çıxdı

Yazını böyüt
Yazını kiçilt

Dünən İran mətbuatında yer alan xəbərə görə, İsrailin Livanda Hizbullah-a qarşı başlatdığı əməliyyat zamanı daşıdığı “peycer”in partlaması nəticəsində əlindən və gözündən yaralanan İranın Livandakı səfiri Müctəba Əmani Beyruta gedib.

Hafta.az-ın “Fars” Agentliyinin məlumatına istinadən yazdığına görə, Əmani məruz qaldığı "terror hücumu hadisəsi"ndən sonra müalicə almaq üçün İrana gəlib və sağaldıqdan sonra vəzifəsini davam etdirmək üçün Beyruta qayıdıb.

Görüşdə Ərakçi vurğulayıb ki, İsrailin cinayətlərinin dərhal dayandırılması üçün tədbirlər görülməli, siyasi və beynəlxalq imkanlardan istifadə edilməlidir.

Livanda peycerlərin partladılması prosesi Hizbullah-a qarşı misli görünməmiş təhlükəsizlik pozuntusu kimi qiymətləndirilir. Təl-Əviv Livanda minlərlə radio avadanlığını partladıb, ikisi uşaq olmaqla 12 nəfər həlak olub. İranın Beyrutdakı səfiri də daxil olmaqla, təxminən 3 min nəfər yaralanıb.

Избранный
48
hafta.az

1Источники