RU

Ekspert: "Azərbaycanın COP29-a ev sahibliyi dünyaya nümunə olacaq"

"Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsi kifayət qədər çoxdur". 

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ölkəmiz indiyə kimi çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib:

"Azərbaycan 2012-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına və dəfələrlə "Formula 1" yarışlarına uğurla ev sahibliyi edib. Şübhəsiz ki, COP onların ən böyüyüdür".

362357

Ekspert COP29-un əhəmiyyəti barədə də danışıb:

"Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransının (COP29)  paytaxtımızda keçirilməsinin müstəsna əhəmiyyətləri var. Bu, ölkəmizin beynəlxalq aləmdəki gücündən və nüfuzundan xəbər verir. Tədbirin təşkilatçılığında Azərbaycan və BMT müştərək iştirak edirlər. 

Dünyanın 200-ə yaxın ölkəsinin təmsilçiləri, dövlət və hökumət başçıları COP29-da iştirak edirlər. Həmçinin, bu mötəbər tədbirlə əlaqədar olaraq 70 mindən çox insan Azərbaycandadır. Bu onu göstərir ki, istər COP29-a, istərsə də Azərbaycana maraq kifayət qədər böyükdür".

Kənan Novruzov vurğulayıb ki, Azərbaycanın beynəlxalq geosiyasi müstəvidə oynadığı rol dünyanın diqqətini çəkir:

"Eyni zamanda, tədbirə gələnlərin bəziləri ölkəmizin təbiəti və turizmi ilə də yaxından maraqlanırlar. Yəni Azərbaycan əcnəbilərin diqqətini çəkir. Bütün bunlar onu göstərir ki, COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyaları aparanların arzuları ürəklərində qaldı. Başqa sözlə desək, onların oxları daşa dəydi. Düşünürəm ki, Azərbaycanın COP29-a uğurlu şəkildə ev sahibliyi etməsi dünyaya da nümunə olacaq". 

Pərviz

Избранный
47
50
hit.az

10Источники