RU

"Biz data və tənzimləmə daxil olmaqla "yaşıl maliyyə" üçün funksional ekosistem hazırlayacağıq"

Azərbaycan Mərkəzi Bankı (AMB) “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində dayanıqlı maliyyənin yol xəritəsini qəbul edib.

Bunu AMB-nin sədri Taleh Kazımov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.

"Bu çərçivədə biz data və tənzimləmə daxil olmaqla "yaşıl maliyyə" üçün funksional ekosistem hazırlayacağıq. Biz maliyyə institutları tərəfindən biznes modellərinin və strategiyalarının "davamlı və yaşıl maliyyə"yə çevrilməsini təmin edəcəyik və yol xəritəsi aşağı karbon emissiyası səviyyəsinə keçidi dəstəkləyəcəyik. Bildiyiniz kimi, Azərbaycanın Milli Müəyyən edilmiş Töhfələri (NDC) 1991-ci illə müqayisədə 2025-ci ilə qədər emissiyaların 40 % azaldılmasını nəzərdə tutur", - deyə o qeyd edib.

Taleh Kazımov bildirib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi "Yaşıl Taksonomiya" ölkənin yaşıl keçidi üçün güclü zəmin yaradacaq.

Onun sözlərinə görə, taksanomiya həm də siyasi baxımdan "yaşıl maliyyə"yə ən yüksək səviyyədə bağlılığı nümayiş etdirir: "Bu prosesdə müxtəlif maraqlı tərəflər, nazirliklər, maliyyə sənayesi assosiasiyaları və beynəlxalq maliyyə təşkilatları iştirak edib. Dəyərli texniki yardım göstərdiyinə görə Dünya Bankına xüsusi təşəkkür etmək istəyirəm. Bank sektorunun iqlim hədəfləri iqtisadiyyatımızda "yaşıl və davamlı maliyyələşdirmə"ni təşviq edəcək. Şübhə etmirəm ki, COP29 beynəlxalq iqlim maliyyələşdirməsini genişləndirmək və xüsusilə inkişaf etməkdə olan ölkələr üçün maliyyə çatışmazlığını aradan qaldırmaq üçün aydın yol yaradacaq", - deyə o qeyd edib.

Избранный
38
marja.az

1Источники