RU

Ev dustaqlığı cəzası alan məşhur müğənnidən radikal qərar

Xəbər verdiyimiz kimi, qanunsuz mərc oyunlarına təşviq etməkdə təqsirli bilinən türkiyəli müğənni Sərdar Ortaça cəza olaraq ev dustaqlığı verilib.

Publika.az xəbər verir ki, məhkəmə tərəfindən tətbiq olunan cəzadan sonra müğənni radikal qərar verib.

Belə ki, ev dustaqlığı günlərində sosial media hesabından aktiv istifadə edən Ortaç “İnstagram” hesabını bağlayıb.

İstintaq çərçivəsində İstanbul Prokurorluğu eyni iddiadan təqsirli bilinən köhnə futbolçu Batuhan Karadenizin də “İnstagram” və “Youtube” hesablarının bağlanması üçün hərəkətə keçib.

Избранный
33
publika.az

1Источники