RU

Gürcüstanda əhalinin siyahıyaalınmasına başlanılıb

Bu gündən Gürcüstanda əhalinin ümumi siyahıyaalınmasına başlanılıb. Proses dekabrın 19-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, proses müasir texnologiyalardan istifadə edilməklə aparılacaq. Milli Statistika Xidmətinin əməkdaşları əhali ilə müsahibələr aparacaq, elektron planşetlərdən istifadə etməklə məlumat toplayacaq. Əhali noyabrın 24-dək statistika xidmətinin internet saytında elektron sorğu anketlərini müstəqil şəkildə doldura biləcəklər.

Siyahıyaalma təkcə Gürcüstan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edəcək.

Qeyd edək ki, əhalinin siyahıya alınması Gürcüstanda hər 10 ildən bir keçirilir.

2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, Gürcüstanın əhalisi 3 milyon 713 min 804 nəfər olub. Onların 3 milyon 224 min 564-ü gürcü, 233 min 24-ü azərbaycanlı, 168 min 102-si erməni və 14 min 385-i rusdur. Bunlar Gürcüstanın ən böyük etnik qruplarıdır.

Siyahıyaalınma ilə bağlı ilk məlumat 2025-ci ilin iyununda dərc olunacaq.

Избранный
46
1
xalqqazeti.az

4Источники