“Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyənin yol xəritəsini qəbul edib ki, bu da bir sıra şərtləri özündə birləşdirir. Birincisi, biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq. Biz maliyyə institutları tərəfindən davamlı, yaşıl maliyyə istiqamətində biznes modelləri və strategiyalarının keçidini təmin edəcəyik və yol xəritəsi aşağı karbon emissiyası səviyyəsinə keçidi dəstəkləyəcək. Bildiyiniz kimi Azərbaycanın Milli Müəyyənləşdirilmiş Töhfəsi (NDC) 1991-ci illə müqayisədə 2050-ci ilə qədər emissiyanın 40 faiz azaldılmasını nəzərdə tutur. Azərbaycan Mərkəzi Bankı milli yaşıl taksonomiyasını işləyib hazırlayıb. Bu proses müxtəlif maraqlı tərəfləri, nazirlikləri, maliyyə sənayesini, assosiasiyaları və beynəlxalq maliyyə təşkilatlarını əhatə edir”, - deyə Mərkəzi Bankın sədri bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта