“Bəlkə də bu gün atdığımız addımların bəhrələrini özümüz görməyəcəyik, amma ən azı mənim qızım və gələcək nəsillər görəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Corciya Meloni COP29 konfransında çıxışı zamanı səsləndirib.
“Hər bir COP iştirakçısı kimi, bunun uğurlu və ya uğursuz olacağını müəyyən etmək bizdən asılıdır. Biz bilirik ki, göstərdiyimiz səylərin nəticələrindən şəxsən faydalanmaya bilərik. Amma vacib olan bu deyil. Mən anayam və bir ana olaraq mənim üçün heç nə qızıma, onun yaşıdlarına daha yaxşı dünyada yaşamaq imkanı verəcək addımlar atmaqdan daha çox məmnunluq vermir”, - deyə Meloni əlavə edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта