RU

Ermənilər gələcək nəqliyyat tariflərindən ŞOKA DÜŞDÜLƏR

İrəvan sakinləri gələcək nəqliyyat tariflərindən şoka düşüblər. 

İnterpress.az xəbər verir ki, sosial şəbəkələrin erməni istifadəçiləri arasında ictimai nəqliyyatda tariflər şəbəkəsi olan cədvəl yayılıb.

Cədvələ görə, 2025-ci il yanvarın 1-dən gündəlik bilet 880 dram (təxm. 3.85 man), həftəlik paket 4800 dram (təxm. 21 man), aylıq paket 8800 dram (təxm. 38.50 man), 90 gün üçün – 23 600 dram (təxm. 101 man), bir il üçün ( 365 gün) – 88 800 dram (təxm. 387 man) olacaq.

Ermənistan İctimai Televiziyasının efirində İrəvanın vitse-meri Suren Qriqoryan təsdiqləyib ki, həqiqətən də yanvarın 1-dən 800 dram (3.50 man)  ödəməklə gün ərzində demək olar ki, qeyri-məhdud sayda gəzinti üçün onlayn gediş bileti almaq mümkün olacaq.

“Yeganə ağlabatan məhdudiyyət səfərlərin sayı ilə bağlıdır – gündə 8-9 gediş. Bu, saxtakarlığı, yəni bir biletin klonlaşdırılmasını istisna etmək üçün edilir ki, bir neçə nəfər bir biletdən istifadə etməsin”, – Qriqoryan deyib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
18
interpress.az

1Источники