RU

COP29-da iqlim fəalları aksiya keçirib

Noyabrın 14-də Bakıda keçirilən COP29 konfransının keçirildiyi yerdə bir qrup fəal "Pay up" ("Ödəmə vaxtıdır") şüarı altında aksiya keçirib.

İqlim fəalları "İqlim maliyyəsi üçün pul ver!", "İqlim maliyyəsi üçün milyardlar yox, trilyonlar!", "İtki və zərər fondunu doldur!", "İqlim dəyişikliyinin məsuliyyəti varlı ölkələrin üzərinə düşür!" və s. şüarlar qaldırıblar. 

Aksiya boyu "Ödəmə vaxtıdır!" şüarı səsləndirilib.

Fəallar resursların yenidən ədalətli bölüşdürülməsinin və istixana qazlarının emissiyaları yüksək olan ölkələrin öhdəliklərinin yerinə yetirilməsinin vacibliyinə diqqət çəkiblər.

"Bu, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə və həssas ölkələrə dəstək üçün inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaqla bağlı çağırışdır", deyə aksiya iştirakçılarından biri bildirib.

Etirazçılar həmçinin "Detallı İqlim Fakturası" başlığı ilə bir neçə metr uzunluğunda pankart açıblar.

COP29-da

COP29-da

COP29-da

COP29-da

COP29-da

COP29-da

Избранный
18
turan.az

1Источники