RU

Bu ilin on ayında əmək müqavilələrinin sayı 63 min artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdə əmək müqavilələrinin sayı 63 min və ya 3,5 faiz artaraq 1 milyon 871 min 717-yə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.

Bu ilin 10 ayında əməkhaqqı fondunda daha 8 faiz artım qeydə alınıb.

Избранный
21
4
yeniazerbaycan.com

5Источники