RU

Hansı universitetlər paytaxtdan köçürülə bilər? - Açıqlama

Ölkədə demək olar ki, bütün universitetlər paytaxtda çəmləşib. Bu da ali təhsil almaq istəyən gənclərin paytaxtda toplanmasına səbəb olur. Bakıda yerləşən ali məktəblərin paytaxtdan kənar əraziyə və ya ölkənin digər bölgələrinə köçürülməsi məsələsi illərdir müzakirə olunsa da, hələ ki bir nəticəyə gəlinməyib. Bu köçürmə bir neçə aspektdən ciddi işlənib hazırlanmalıdır”.

Bunu Bakupost.az -a təhsil eksperti Elçin Əfəndi deyib.

O hesab edir ki, ilk növbədə tələbə kontingenti 20 mindən çox olan təhsil müəssisələrini şəhərdən kənara köçürmək lazımdır. Bu universitetlər Abşeron rayonu, yaxud Qəbələ, Şamaxı, Şirvan şəhəri kimi Bakıya yaxın ərazilərə köçürülsə, daha yaxşı olar. Köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər”.

E.Əfəndinin sözlərinə görə, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir:

“Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Bu ölkələrin bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı?​ İlk növbədə bu məsələ öz həllini tapmalıdır”.

Sevinc,
BakuPost



Избранный
37
1
bakupost.az

2Источники