Tezliklə vəzifəsini tərk edəcək ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinlə yekun görüş keçirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən yazıb.
Məlumata görə, Bayden Pekinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyi və Şimali Koreya qoşunlarının hərbi əməliyyatlara cəlb olunması məsələsini gündəmə gətirmək istəyir.
Bundan əlavə, liderlər ABŞ və Çin arasında əməkdaşlıq, hərbi-hərbi əlaqələrin bərpası, qlobal fentanil böhranı ilə birgə mübarizə və süni intellektin yaratdığı riskləri müzakirə edəcəklər.