RU

Lavrov Braziliyadan qayıda bilməyəcəyindən qorxur - Şok

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin sanksiyaları səbəbindən “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarəsinə yanacaq doldurulması zamanı yaranan problemlərdən danışıb.

Hurriyyet.az xəbər verir ki, o, 2023-cü ildə Cənubi Afrikada keçirilən BRİKS sammitinə səfər zamanı belə hadisə yaşandığını bildirib.

“Ötən il mənə Yohannesburqda keçirilən sammitdə prezidenti təmsil etmək tapşırılanda, geri uçuş üçün təyyarənin yanacaqla doldurulması ilə bağlı əməlli-başlı çətinlik yarandı”, - Lavrov deyib.

Onun sözlərinə görə, məlum olub ki, orada təyyarələri aviasiya yanacağı ilə təmin edən şirkətlərin heç biri ölkəyə aid deyilmiş./axar.az/

Lavrov vurğulayıb ki, analoji vəziyyət Braziliyada da baş verib. Belə ki, ikinci dərəcəli sanksiyalardan qorxan şirkətlər Rusiya təyyarələrini yanacaqla təmin etməkdən çəkinirlər.

Qeyd edək ki, Braziliyada 18-19 noyabrda keçiriləcək G20 sammitində Rusiyanı Sergey Lavrov təmsil edəcək.

Избранный
36
2
hurriyyet.az

3Источники